Zimbabve prezidenti həbs edilib


01:43     16 Noyabr 2017 Robert-Mugabe_2137784b2.jpg

1980-ci ildən Zimbabveyə rəhbərlik edən 93 yaşlı prezident Robert Muqabe hazırda ev dustaqlığında saxlanılır.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə R. Muqabe özü Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı deyib.

Daha əvvəl mediada prezidentin və mühafizə xidmətinin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin zirehli texnikanın hərbi hissələrdən paytaxt Harare şəhərin istiqamətində irəlilədiyi bildirilir. Bəzi məlumatlara görə, onlar televiziya mərkəzini tutublar və şəhərdə atəş səsləri eşidilir.

Hərbçilər hərbi çevriliş etmədiklərini, bütün bunları cinayətkarlarla mübarizə məqsədilə etdiklərini açıqlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 747