Zimbabve prezidenti istefa verməkdən imtina edir


22:24     16 Noyabr 2017 zimbab.jpg

Katolik keşişin vasitəçiliyi ilə hərbçilərlə keçirilən danışıqlarda Zimbabve prezidenti Robert Muqabenin istefa verməkdən imtina edərək seçkilərin keçirilməsinə israr etdiyi bildirilib.


Onun, ölkədə iqtidarda olan partiya liderinin seçilməsində iştirakı və seçkilərin keçirilməsinə israrlı olduğu qeyd edilir. Bu barədə məlumatı “Reuters” agentliyi Zimbabve xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən yayımlayıb . Məlumata əsasən, Robert Muqabe partiya (Vətənpərvərlər cəbhəsi) lideri seçkilərində məğlub olacağı təqdirdə istefa verəcəyini bəyan edib. Hərbçilərlə Muqabe arasında vasitəçilik missiyasını isə katolik keşiş Fidelis Mukonorini yerinə yetirir. Xatırladaq ki, Robert Muqabe inancına görə, katolik xristiandır.

katolik keşişin vasitəçiliyi ilə hərbçilərlə keçirilən danışıqlarda Zimbabve prezidenti Robert Muqabenin istefa verməkdən imtina edərək seçkilərin keçirilməsinə israr etdiyi bildirilib. Onun, ölkədə iqtidarda olan partiya liderinin seçilməsində iştirakı və seçkilərin keçirilməsinə israrlı olduğu qeyd edilir. Bu barədə məlumatı “Reuters” agentliyi Zimbabve xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən yayımlayıb .

Məlumata əsasən, Robert Muqabe partiya (Vətənpərvərlər cəbhəsi) lideri seçkilərində məğlub olacağı təqdirdə istefa verəcəyini bəyan edib. Hərbçilərlə Muqabe arasında vasitəçilik missiyasını isə katolik keşiş Fidelis Mukonorini yerinə yetirir. Xatırladaq ki, Robert Muqabe inancına görə, katolik xristiandır.

Femida.az

Açar sözlər:

Oxunub: 528