Mis oğrusu tutuldu


21:11     16 Noyabr 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni.jpg

Qaxda yarımstansiyadan oğurluq olub.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 14-dən 15-nə keçən gecə Qax rayonundakı “Yeni İlisu” yarımstansiyasından oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla ümumi çəkisi 100 kiloqram olan, mis materialdan hazırlanmış şinlərin oğurlandığı müəyyənləşib.

“İsti izlər”lə keçirilmiş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Vəli Məmmədov saxlanılıb.

Oğurladığı materialları satmağa macal tapmayan şəhər sakininin yaşadığı evin zirzəmisindən həmin mis şinlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qax RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 774