FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat


21:46     21 Noyabr 2017 fhn%20yangin11124.jpg

Fövqəladə Hallar Nazirliyi Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Yanğın bölmələri çatana kimi yanğın söndürülüb. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 827