Suriya probleminə dair Soçi razılaşması - Ərdoğan detalları açıqladı


15:54     24 Noyabr 2017 400151975.jpg

“İdlibdəki nəzarət və müşahidə məntəqələrinin oxşarının Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik”.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.

R.T.Ərdoğanın sözlərinə görə, Soçidə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi məsələsi ilə bağlı razılıq əldə ediblər:

“Soçidəki toplantıda Afrin məsələsinin müzakirəsi bizim həm Rusiya, həm də İranın bu məsələ ilə bağlı yanaşması baxımından çox əhəmiyyətli idi. Bizlər yolumuzu qətiyyətlə davam etdirəcəyik. Əsl sahiblərinin Afrinə dönməsi ilə şəhərin demoqrafik quruluşu da qaydasına düşəcək. Afrinin əhalisinin 50 faizi ərəblərdən, 30 faizi kürdlərdən qalanı isə türkmənlər və başqa etnik qruplardan ibarətdir. Sakinlərin qaçqın düşərgələrindən şəhərə qayıtması Afrinin əsl sahiblərinə qovuşması olacaq. Bu məsələ İdlib üçün də keçərlidir. Türkiyədəki idliblilərin torpaqlarına dönməsi də əvvəlkki demoqrafik quruluşun bərpasaı deməkdir”.

Qeyd edək ki, R.T.Ərdoğan əvvəlcədən elan etmişdi ki, noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti də müzakirə edəcəklər.

Xatırladaq ki, oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir.

Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək. İdlib Türkiyənin Hatay, Afrin isə Qaziantep əyalətləri ilə həmsərhəddə yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 947