Polis rəisi narkotikin zərərlərindən danışdı
21:55 25 Noyabr 2017
Noyabrın 24-də Qaradağ rayonu Sahil qəsəbəsindı yerləşən 228 saylı tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Femida.az -ın verdiyi xəbərə görə, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovun təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktor əvəzi Natəvan Əliyeva, Respublika Narkoloji Mərkəzin həkimi Vəfa Əliyeva da çıxış edərək narkomaniya bəlasının qarşısını ala biləcək profilaktik tədbirlərdə cəmiyyətin oynaya biləcəyi rol barədə danışıblar.
Tədbiri giriş sözü ilə açan polkovnik Ə.İbrahimov çıxışında narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni təmin edən siyasi və hüquqi iradə barədə danışıb. Polkovnik İbrahimov ölkəmizin beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən konvensiyalara qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürdüyünü qeyd edib.
Daxili İşlər Nazirliyinin narkomaniya ilə mübarizə sahəsində apardığı işlərin miqyası barədə məlumat verən Ə.İbrahimov Qaradağ rayonu ərazisində bu bəlanın qarşısının kəsilməsi və lokallaşdırılması istiqamətində rəhbəri olduğu idarədə görülən işlərdən də danışıb.
Bizim gənclər narkotikin verəcəyi ziyanlardan xəbərsizdirlər, bunun üçün də bu məsələyə çox sadə yanaşırlar. Yeniyetməyə “narkotikdən istifadə etmə” deyilsə, bunun təsirlərini bilmədiyi üçün onda narkotikə qarşı maraq yaratmış oluruq. Amma yeniyetmələrə göstərilsə ki, bunun hansı zərərləri var, istifadə edən adam nə vəziyyətlərə düşə bilər, bu addımlar daha təsirli olacaq”.
Oxunub: 1667
Oxşar xəbərlər
- Polisi aldadanlar cərimələnəcək
- Polis əməliyyat keçirdi - Tutulanlar var
- Polis əməliyyat keçirdi - Tutulan var
- Polis Şöbəsinə mülki işçi axtarılır
- Polis əməliyyat keçirdi - Tutulanlar var
- Polis futbolçuları güllələdi – VİDEO
- Polis Azərbaycan diaspor rəhbərinə zorakılıq etdi
- Polis intiharın qarşısını alıb
- Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi
- Polisə yalan məlumat verən şəxslər saxlanılıb