Polis əməliyyat keçirdi - Tutulanlar var
16:30 23 Dekabr 2017
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-dən Femida.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb. Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.
Femida.az
Oxunub: 1989
Oxşar xəbərlər
- Polisi aldadanlar cərimələnəcək
- Polis əməliyyat keçirdi - Tutulan var
- Polis Şöbəsinə mülki işçi axtarılır
- Polis əməliyyat keçirdi - Tutulanlar var
- Polis futbolçuları güllələdi – VİDEO
- Polis rəisi narkotikin zərərlərindən danışdı
- Polis Azərbaycan diaspor rəhbərinə zorakılıq etdi
- Polis intiharın qarşısını alıb
- Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi
- Polisə yalan məlumat verən şəxslər saxlanılıb