DİM imtahan keçirib
20:56 25 Noyabr 2017
Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Femida.az-a verilən məlumata görə, saat 11:00-da başlayan və 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. Onlardan 7 namizəd imtahana gəlməyib. 56 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. Ən yüksək nəticə toplanıla biləcək 90 baldan 83.5 bal olub.
Femida.az
Oxunub: 1051
Oxşar xəbərlər
- DİM imtahan nəticələrini prezidentə təqdim edəcək
- DİM 205 müəllimə qadağa qoydu
- DİM onları cərimələyəcək
- DİM-dən buraxılış imtahanları ilə bağlı - Açıqlama
- DİM tarix dərsliyi ilə bağlı qalmaqala münasibət bildirdi
- DİM-də növbəti SAT imtahanları keçirilib
- DİM mütəxəssis axtarır - Test tapşırıqları üçün
- DİM abituriyentlərə xəbərdarlıq etdi: `Diqqətli olun!`
- DİM “Facebook” istifadəçilərinə müraciət edib
- DİM-dən abituriyentlərə xəbərdarlıq