Qubada maşın körpüdən çaya düşüb, 5 yaralı var


19:10     26 Noyabr 2017 masin%20asib%20qeza_yeni.jpg

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.


Femida.az-ın verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.

Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü - 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 604