77 yaşlı kişini maşın vurub öldürdü - UCARDA


14:46     07 Sentyabr 2015 5907250f6c42cca6e87aa0c660070c18.jpg


Ucarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir kİ, hadisə sentyabrn 6-da axşam saatlarında Ucar-Zərdab şosesinin rayonun Qazyan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.



Ucar rayon sakini, Vasif Abdullayevin idarə etdiyi VAZ -2106 markalı, 10FA 847 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Qazyan kənd sakini, 77 yaşlı Ağasəf Əliyevi vurub.

A.Əliyev hadisə yerində dünyasını dəyişib.

İlkin versiya kimi, qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1307