250 PKK-çı mühasirəyə alındı


16:33     07 Sentyabr 2015 472201.jpg

Türkiyənin İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Cilo dağında 250-dən çox PKK terrorçusu mühasirəyə alınıb.


Femida.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Sözcü” qəzeti yazıb. PKK-nın dünən Hakkaridə gerçəkləşdirdiyi qanlı hücumdan sonra türk ordusu bölgədə geniş əməliyyatlara başladığı bildirilir.

Dumanlı hava şəraitinə baxmayaraq, terrorçuların təqibi davam etdirilib və Cilo dağında (Hakkari vilayətində) gizlənən 250 terrorçu helikopterlərin də köməyi ilə mühasirəyə alınıb. Hazırda bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 və F-4 qırıcı təyyarələri 12 nöqtəyə hava zərbələri endirib.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb.

Açar sözlər:

Oxunub: 1311