İki futbolçuya ömürlük cəza verildi
18:04 01 Dekabr 2017
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Femida.az xəbər verir ki, toplantıda sərt qərar verilib.
Belə ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
Oxunub: 3978
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib
- İki maşın toqquşdu: ağır yaralı var