İki qardaş birləşib narkotik əkdi - Salyanda


00:43     08 Yanvar 2018 narkotik-polis.jpg

Salyanda 2 qardaşın evində narkotik vasitə aşkarlanıb.


Salyan rayon sakinləri, 1991-ci il təvəllüdlü Rəhimov Pərviz Rövşən oğlundan 831 qram qurudulmuş marixuana, dibçəkdə əkilmiş çətənə kolu, onun qardaşı 1995-ci il təvəllüdlü Rəhmanov Təbriz Rövşən oğlundan 70,3 qram narkotik vasitə olan tiryək götürülüb.

Hər iki qardaş saxlanılıb.(APA)

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1784