Hacı Məmmədov ağciyər xərçəngidən əziyyət çəkirmiş
14:42 04 Dekabr 2017
Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından Femida.az -a verilən məlumata görə, H. Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.
H. Məmmədovun ağrılara dözmədiyi üçün canına qəsd etdiyi ehtimal edilir.
Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H. Məmmədov ötən gün mələfə ilə özünü asıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Hacıqabulda qəza: Xəsarət alanlar var
- Hacı Məmmədovun meyiti gizlin dəfn edilib
- Hacı Məmmədovun meyiti yaxınlarına verildi
- Hacı Məmmədovun meyiti sabah ailəsinə veriləcək
- Hacı Məmmədovun meyitini müayinə edən ekspert: `Ağ ciyərində şiş var idi`
- Hacı Məmmədov intihar etməzdən əvvəl məktub yazıb - RƏSMİ
- Hacı Məmmədovun intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Hacı Məmmədov intihar edib - SON DƏQİQƏ
- Hacıqabulda vaqon yanıb
- Hacı Qalib Salahzadənin oğlunun müdafiəsinə yeni vəkil qoşulub