Elmar Vəliyev səfirlə görüşdü
23:14 04 Dekabr 2017
Gəncə icra başçısı Elmar Vəliyev Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az -ın məlumata görə, icra hakimiyyətinin başçısı səfiri Nizami yurdunda salamlayaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib. Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu səmimi qarşılandıqlarına görə öz minnətdarığını bildirib.
Nizami yurdunda sənayedə olan dinamiklikdən söz açan səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə qarşlıqlı əməkdaşlıq, yüksək texnologiyalar, sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Bildirək ki, Gəncəyə səfəri çərçivəsində nümayəndə heyəti Gəncənin gəzməli-görməli yerlərinə də səfər edib, xoş təəssüratlarını dilə gətiriblər.
Oxunub: 820
Oxşar xəbərlər
- Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu görüşdü
- Elmar Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
- Elmar Məmmədyarov BMT-nin Afrika üzrə rəsmisi ilə görüşüb
- Elmar Məmmədyarov Efiopiyaya gedib
- Elmar Məmmədyarov İsveçdədir
- Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb
- Elmar Məmmədyarov Myanma qətliamını pislədi
- Elmar Məmmədyarov Budapeştə gedir
- Elmar Məmmədyarov Sudanlı həmkarına məktub göndərib
- Elmar Məmmədyarov BMT-nin mövqeyini təqdir etdi