Ata həbsdə olan oğluna narkotik gətirərkən tutuldu
23:33 04 Dekabr 2017
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 228.2.1, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.
Oxunub: 578
Oxşar xəbərlər
- Ata oğlunu bıçaqladı - Balakəndə
- Atasını öldürən hakim qarşısında
- Ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb
- Atasını yandıran şəxsə 19 il həbs cəzası verildi
- Atatürkün vəfatından 79 il ötür
- Atasının yadigarını polisə verdi - Nardaranda
- Ata qızını baltaladı - Şəmkirdə
- Ata-anasını öldürən şəxsin axtarışı davam etdirilir
- Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü
- Atasından qalmış tüfəngi polisə verdi