Ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb
22:15 09 Dekabr 2017
Mingəçevir şəhər sakinləri olan ata və oğlu - Elçin və Elmir Qəmbərovlar müxtəlif bədən xəsarətləri və kəsilmiş-deşilmiş yara diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanadan Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Poli Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Oxunub: 548
Oxşar xəbərlər
- Ata oğlunu bıçaqladı - Balakəndə
- Atasını öldürən hakim qarşısında
- Ata həbsdə olan oğluna narkotik gətirərkən tutuldu
- Atasını yandıran şəxsə 19 il həbs cəzası verildi
- Atatürkün vəfatından 79 il ötür
- Atasının yadigarını polisə verdi - Nardaranda
- Ata qızını baltaladı - Şəmkirdə
- Ata-anasını öldürən şəxsin axtarışı davam etdirilir
- Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü
- Atasından qalmış tüfəngi polisə verdi