Göygöl sakini bıçaqlanıb

21:20     06 Dekabr 2017 bicaq1.jpg

Göygöldə bıçaqlanma olub.


Femida.az-ın verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 246