Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxsə ömürlük cəza istənilib


20:57     07 Dekabr 2017 1442557655_mehkeme-zali.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


Femida.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istinaqının tamamlandığı elan edilib.

Sonra prokuror Fəhmin Quliyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. O, A. Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Açar sözlər:

Oxunub: 703