Düşmən Ağdamın kəndini atəşə tutdu


20:04     08 Dekabr 2017 minomet_130516_1499231967_1499406115.jpg

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.


Düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub.

Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1343