Düşməni məhv edəcək aparatlar sınaqdan keçirilib
18:33 17 Dekabr 2017
Azərbaycan düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edən pilotsuz uçuş aparatlarının (PUA) ilkin sınaqlarına başlayıb.
Bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir qeyd edib ki, artıq kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlanılıb: "Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, yəni özü müəyyənləşdirib, özü də məhv edəcək. Həmçinin, bir sıra ölkələrlə elektro-impulslu silahların yaradılması istiqamətində danışıqlar aparılır. Artıq bu işlərin icrasına başlamışıq”.
İsrail şirkəti ilə birgə müəssisənin yaradıldığını deyən Y.Camalov bildirib ki, Azərbaycan müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edir: "Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik".
Nazir qeyd edib ki, bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var: "Bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək".
Oxunub: 3571
Oxşar xəbərlər
- Düşmənin cəbhədə təxribatı davam edir
- Düşmənin ələ keçirilən kəşfiyyatçısı danışdı - VİDEO
- Düşmənin video-müşahidə vasitəsi ələ keçirildi - FOTO
- Düşmənin raket kompleksi şəxsi heyəti ilə birlikdə məhv edilib - VİDEO
- Düşmənin dayaq məntəqəsi vuruldu: 5 erməni məhv edildi (VİDEO)
- Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edildi - VİDEO
- Düşmənin təxribat qrupu məhv edilib - TƏCİLİ
- Düşmənin qərargahı vuruldu - Onlarla erməni məhv edildi (VİDEO)
- Düşmənin zirehli texnikası məhv edildi - RƏSMİ
- Düşmənin diversiya qrupu məhv edildi - VİDEO