Axtarışda olan 32 nəfər tutulub


19:58     09 Dekabr 2017 din%20femida.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 88 cinayət faktından 10-nun üstü “isti izlər”lə açılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarışda olan 32 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 604