Axtarışda olan 31 nəfər tutulub


00:42     22 Dekabr 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 31 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 934