Formula 1-in ən yaxşı ötmə manevri Bakıda icra edilib


13:20     10 Dekabr 2017 formula%2015.jpg

Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə manevrinin videosunu paylaşıb.

Femida.az-ın verdiyi xəbərə görə, manevr ötən ilin iyununda Bakıda keçirilmiş Formula-1”Azərbayca Qran-Prisində avstraliyalı Daniel Rikkyardo tərəfindən icra edilib.

“Red Bull” komandasının tərkibində çıxış edən pilot D.Rikkyardo eyni vaxtda üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı ötməyə nail olub.

Qeyd edək ki, D.Rikkyardo ümumi hesabda 200 bal toplayaraq, “Formula-1” pilotları arasında 2017-ci il mövsümü üzrə 5-ci yer tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 497