Cocuq Mərcanlıda 1,30 hektar yer təmizlənib
00:39 11 Dekabr 2017
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, gün ərzində 13 000 (1.30 ha) ərazi tam təmizlənib, 6 000 kv.m (0.60 ha) ərazi 20 sm dərinliyində və 3 600 kv.m (0.36 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
Ümumiyyətlə, 23 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 441 880 kv.m (44.19 ha) ərazi tam təmizlənib, 235 826 kv.m (23.58 ha) ərazi 20 sm dərinliyində 179 700 kv.m (17.97 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Oxunub: 494
Oxşar xəbərlər
- Cocuq Mərcanlıda 24 il sonra bayram sevinci - VİDEO
- Cocuq Mərcanlıda təmizləmə əməliyyatları davam edir
- Cocuq Mərcanlıda 6850 kv.m ərazi tam təmizlənib
- Cocuq Mərcanlıda mina zərərsizləşdirilib
- Cocuq Mərcanlıda partlamamış hərbi sursat tapılıb
- Cocuq Mərcanlıda minalanmış ərazilər təmizlənib
- Cocuq Mərcanlı dini icması qeydiyyata alınıb
- Cocuq Mərcanlıda 4 hektardan çox ərazi təmizlənib
- Cocuq Mərcanlıda müşavirə keçirilib
- Cocuq Mərcanlıda hərbi sursatlar tapılıb