Vergilər naziri məşhur milyarderlə görüşüb
23:01 14 Dekabr 2017
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, konqresdə qurumun prezidenti, vergilər naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Ümumilikdə, 126 milli federasiyanın qatıldığı tədbirdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumda qərara alınıb ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilsin. Qahirə (Misir) və Zaqreb (Xorvatiya) şəhərləri isə müvafiq olaraq, 2019 və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına ev sahibliyi edəcək.
Tədbir çərçivəsində AQF nümayəndə heyəti FİE prezidenti, məşhur milyarder Alişer Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma Federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda qılıncoynatmanın inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, idmançıların beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub.
M.Cabbarov əslən azərbaycanlı ikiqat olimpiya çempionunu Rusiya Federasiyasının "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib. İ.Məmmədovun bu idman növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən AQF prezidenti ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb.
Femida.az
Oxunub: 2530
Oxşar xəbərlər
- Vergilər Nazirindən iki yeni təyinat
- Vergilər Naziri özünə yeni müşavir təyin etdi
- Vergilər Nazirliyi işçi axtarır
- Vergilər nazirinin yeni müşaviri təyin olundu
- Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub
- Vergilərlə bağlı tvinninq layihənin təqdimatı keçirilib
- Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
- Vergilər naziri vətəndaşları qəbul edib
- Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
- Vergilər Nazirliyi büdcəyə nə qədər vəsait köçürüb?