Vergilər Naziri özünə yeni müşavir təyin etdi


19:41     25 Dekabr 2017 mikayil%20cabbarov.jpg

Vergiler Naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib.


O, vaxtilə Təhsil Nazirliyində birlikdə çalışdığı Camal Qasımovu yanına aparıb.

Femida.az-ın xəbərinə görə, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.

Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.

Femida.az

Açar sözlər:

Oxunub: 1099