Dindar qayınatasından belə intiqam aldı


02:52     09 Sentyabr 2015 hqdefault%20(2).jpg


Lənkəran rayonunda qanlı cinayət baş verib.

Femida.az xəbər verir ki, Bileser kənd sakini Minurə Xanəhməd qızının evinə üzünü yaylıqla gizlədən kişi daxil olub. Cinayətkar qadına hücum edərək onu döyməyə başlayıb. Qadının yardımına 60 yaşlı əri Salayev Əlirza Camal oğlu gəlib.

Amma qüvvələr bərabər olmayıb. Hücum edən şəxsin əlində oraq olub. O, Salayevə bir neçə zərbə vurub, görünüşə görə, onu öldürmək istəyib. Orağın dəstəyi sınıb. Dava zamanı cinayətkarın silahı əlindən alınıb. Bu səbəbdən o hadisə yerindən qaçıb.

“Şübhəli şəxsin kimliyi artıq müəyyən edilib, bu, Salayevin Sumqayıtda yaşayan yeznəsi Vidadi Salayevdir. Amma o, hələ saxlanılmayıb. O, Lənkəran ərazisini tərk etməyə müvəffəq olub. Bundan başqa, şübhəli şəxs Əlirza Salayevin qardaşı oğludur”, - Lənkəran Rayon Polis İdarəsindən bildiriblər.

Cinayətin motivi də müəyyənləşdirilib. İlkin istintaq zamanı məlum olub ki, Vidadi Salayev bu yol ilə qayınatasından heyf çıxmaq istəyib. Belə ki, qayınata öz qızını ondan boşatdırmaq istəyib, çünki Vidadi arvadı ilə kobud rəftar edib. Bu səbəbdən ata qızını Bileserə gətirib. Onların ardınca V.Salayev də gəlib...

Bəzi məlumatlara əsasən, Vidadi Salayev Sumqayıtda radikal təriqətlərə qoşulub.

Fakt üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 1198