Zakir Həsənov generalları topladı
17:16 15 Dekabr 2017
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.
İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.
Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.
Femida.az
Oxunub: 3281
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib