Sumqayıtda avtomobil qadını vurdu


17:16     19 Dekabr 2017 mektebli%20piyada.jpg

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 905