Sumqayıtda yataqxana yandı


23:07     03 Yanvar 2018 13878640961363594763_yangin45sadas1.jpg

Sumqayıtdakı beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yataqxananın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 m2 sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 776