44 yaşlı kişi özünü tut ağacından asdı - Bakıda


13:54     22 Dekabr 2017 intihar114.jpg

Bakıda intihar hadisəsi olub.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Yavər Həsənov küçəsində baş verib.

Həmin küçənin sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1585