Quba yolunda qəza - Ölən və xəsarət alanlar var


14:56     25 Dekabr 2017 quba-yolunda-qeza-25122017.jpg

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3164