Gənc qadın evinə getdiyi əcnəbini soydu - Bakıda


21:23     25 Dekabr 2017 qadin%20ogru.jpg

Bakıda yaşayan Türkiyə vətəndaşı üzləşdiyi oğurluq əməli ilə bağlı polisə müraciət edib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayan Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Torpaqtəpə İbrahim Mustafa oğlu bildirib ki, evə gətirdiyi qadın ona məxsus olan qızıl qol saatını, “Samsung” və “İPhone” markalı mobil telefonlarını götürərək qaçıb.

O bildirib ki, özünü Lalin adı ilə təqdim edən gənc qadınla tanış olub və onu Süleyman Vəzirov küçəsindəki yeni tikilmiş binadakı mənzilə gətirib. Axşam saatlarında İbrahim Torpaqtəpənin hamam otağında olmasından istifadə edən qadın qiymətli əşyaları götürərək aradan çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2835