Gənc oğlan yolda can verdi


13:34     05 Yanvar 2018 piyada%20qeza.jpg

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.


Femida.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında piyadalar üçün müəyyən edilməyən yerdən keçən təxminən 25-30 yaşlı oğlanı "Hyundai" markalı minik avtomobili vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib.

Ölən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Meyit aiddiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1064