Ötən gün 78 cinayət faktı qeydə alınıb


00:34     26 Dekabr 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 703