Ötən gün 102 cinayət faktı qeydə alınıb


01:15     30 Dekabr 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 869