Avtovağzalın iş qrafiki dəyişdi


15:31     26 Dekabr 2017 avtovagzal.jpg

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib.


Femida.az-ın məlumatına görə, 25 dekabr - 4 yanvar tarixlərində Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Hazırda gün ərzində 9 minə yaxın sərnişin yola salınırsa, bayram ərəfəsində bu rəqəm 17 minə çatacaq.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 472