2018-ci ilin ilk günü yer üzündə bu qədər insan olacaq


14:11     29 Dekabr 2017 ehali.jpg

2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır.


Femida.az-ın xəbərinə görə, bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər.

“2018-ci ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 1,8 nəfər isə öləcək”, - məlumatda deyilir.

Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 mlrd. nəfərə çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 mlrd. nəfər təşkil edəcək.

Pekin növbəti 3 il ərzində ölkə əhalisinin 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacağına ümid edir.

Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln.) tutur.

Açar sözlər:

Oxunub: 1063