Aztəminatlı ailələrə bayram sovqatı verildi


19:42     30 Dekabr 2017 15146251993524832748_1000x669.jpg

Aztəminatlı ailələrə qayğının hər zaman prioritet məsələlərdən biridir. Əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi həmişə diqqət mərkəzində dayanır və həmin təbəqəyə mənsub sosial təbəqənin nümayəndələri ilə vaxtaşırı görüşlərin təşkil edilir, eyni zamanda onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.


Femida.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bu sözləri 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı, sağlamlıq imkanları məhdud və sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində söyləyib. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və onlara yeni ildə xoş arzularını çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib.

Tədbirdə çıxış edən rayon sakinləri aztəminatlı ailələrə olan dəstəyi yüksək qiymətləndiriblər. Tədbirdə həmin sosial qrupu təmsil edən ailələrə bayram sovqatı paylanılıb.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

Femida.az

Açar sözlər:

Oxunub: 944