Bayram gecəsi həmyerlisini güllələdi - Sabirabadda


20:04     01 Yanvar 2018 610x380xTufeng.jpg.pagespeed.ic.i14P5YD_AL.jpg

Dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş vermiş münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.


Femida.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə D.Fərəcov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılıb, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2580