Bayram günlərində 6 nəfər öldü, 32 nəfər xəsarət aldı


20:50     03 Yanvar 2018 qeza_yeni%20altinda%20qalib.jpg

Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.


Femida.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Qeydə alının qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 959