Pakistanda partlayış- 6 nəfər ölüb


15:14     02 Yanvar 2018 pakistan%2027%20mart.jpg

Pakistanın Pencab əyalətində xəstəxanada partlayış baş verib.


Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Attok şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.

Binanın qismən uçduğu bildirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir.

Açar sözlər:

Oxunub: 735