Abşeronda piyadaları maşın vurub


16:50     04 Yanvar 2018 piyada%20oglan.jpg

Abşeron rayonunda iki piyadanı maşın vurub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Zamiq Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurub. Nəticədə piyadalardan O. Əzimov hadisə yerində ölüb, R. Bəndəliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 636