USUS Mingəçevir sakini Kürdə batdı

Mingəçevir sakini Kürdə batdı


15:19     05 Yanvar 2018 kürde%20batdi6.jpg

Mingəçevirdə 1 nəfər Kür çayında batıb.


Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur.

FHN-dən APA-ya bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 751