Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat


15:35     05 Yanvar 2018 asdi.jpg

Dekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkənidir.


Femida.az xəbər verir ki, intiharın bəzi təfərrüatları haqda sputnik.az xəbər yayıb.

Məlumatda deyilir ki, E.Əliyev üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb. İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. 365info.az saytı yazır ki, onun cibindən "Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.

Saytın iddiasında o da deyilir ki, onun külli miqdarda borcunu atası ilə qayınatası qaytarıbmış. Ancaq buna baxmayaraq, o, özünü asaraq intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 3087