68 yaşlı qadını boğaraq öldürən şəxslər tutulub


00:05     11 Sentyabr 2015 3695e2012c9428f869151dc09f58dac5.jpg

Bakıda iki həftə əvvəl törədilən qətlin üstü açılıb.


Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Həsənova Əzizə Şeydulla qızını yaşadığı mənzildə qətlə yetirən şəxslərin 1990-cı təvəllüdlü Qədirov Muxtar Şahmar oğlu və 1989-cu il təvəllüdlü İsgərərov Rüfət Hümbət oğlu olmaları müəyyən edilib və onların hər ikisi saxlanılıb.

Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, Ə. Həsənovanın meyiti yaşadığı evdə aşkar edilib. O, boğularaq qətlə yetirilib

Açar sözlər:

Oxunub: 612