Daha bir avtobus qəzası - Piyada öldü


16:08     09 Yanvar 2018 1496756967_piyadas.jpg

Bakıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: Ordu   Ermənistan   Qarabağ   əsgər    

Oxunub: 1358