Jurnalistlər alpinistlərin axtarıldığı əraziyə aparıldı


17:29     09 Yanvar 2018 alpinist4.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb.


Femida.az xəbər verir ki, məqsəd KİV nümayəndələrini axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış etməkdir.

Jurnalistlərin olduğu helikopterlər Bakıdan axtarışın aparıldığı əraziyə yola düşüb.

Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Femida.az

Açar sözlər: FHN   Alpinist   Helikopter   İtkin    

Oxunub: 951