İrandakı etirazlar zamanı 3700 nəfər saxlanılıb


20:12     09 Yanvar 2018 150210091559_virginity_iran_gch_khamenei_624x351_afp.jpg

İranın müxtəlif regionlarında baş verən etiraz aksiyaları zamanı təxminən 3700 nəfər saxlanılıb.


Femida.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin təhsil məsələləri üzrə komitəsinin üzvü Mahmud Sadiqi bildirib.

“Bu şəxslərin müxtəlif hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı nəzərə alınsa, konkret say demək olduqca çətindir”, - Sadiqi deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 28-dən İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.

Femida.az

Açar sözlər: İran   Etiraz   Həbs    

Oxunub: 392